Saytımızı qiymətləndirin


 
 

Xorvatiya Serbiya prezidentinə Yasenovac ölüm düşərgəsinə getməyi qadağan edib
Tarix: 17-07-2022 | Saat: 14:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Из-за проблем с сердцем госпитализирован президент Сербии

“Xorvatiya hakimiyyəti Serbiya prezidenti Aleksandar Vuçiçə Yasenovac ölüm düşərgəsinin yerindəki xatirə kompleksini şəxsi ziyarət etməyi qadağan edib, bu qərar qalmaqallı və anti-Avropa xarakteri daşıyır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç bildirib.

“Bu, İsrail prezidentinə Osventsimə getməyi qadağan etməklə eynidir. Bu, anti-Avropa və sivilizasiyaya qarşı bir qərardır, hərəkət azadlığının kobud şəkildə pozulmasıdır. Bunun nə qədər hörmətsizlikdən bəhs etdiyini təhlil etmirəm belə. Bu, Serbiya və Xorvatiya arasında yaxın tarixdə baş verən ən böyük qalmaqaldır”, - baş nazir bildirib.

Vuçiç Yasenovaca şəxsən ziyarət etmək və İkinci Dünya Müharibəsi zamanı düşərgədə həlak olan serblərin xatirəsini yad etmək niyyətində idi.

Prezidentin faktiki olaraq bütün ata qohumları müharibə zamanı, o cümlədən Yasenovac düşərgəsində xorvat millətçilərinin etnik təmizləməsi nəticəsində həlak olublar.

Serbiyanın daxili işlər naziri Aleksandar Vulin Xorvatiya hakimiyyətinin qərarını kəskin şəkildə pisləyib, XİN rəhbəri Nikola Selakoviç isə bununla bağlı təcili mətbuat konfransı keçirib.



Xəbəri paylaş

1196 dəfə oxunub.

Digər xəbərlər