Ötən ilin sentyabr-dekabr aylarında İranda baş verən iğtişaşlara 20 ölkənin kəşfiyyat qurumu dəstək verib.
Qarabaginfo.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İnqilab İnqilabı Keşikçiləri (İİKK - "Sepah") Kəşfiyyat Təşkilatının rəhbəri briqada generalı Məhəmməd Kazemi deyib.
Onun sözlərinə görə, ölkədə gərginliyin yaradılmasında Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə yanaşı "Mossad" (İsrail) və MI6 (Böyük Britaniya) xüsusilə fərqlənib.
M. Kazemi vurğulayıb ki, "Qadın. Azadlıq. Həyat" şüarı ilə keçirilmiş aksiyalara aktiv fəaliyyət göstərən dövlətlər sırasına ABŞ, Böyük Britaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Fransa, Almaniya, Kanada, Belçika, Avstriya, Albaniya, Avstraliya, İslandiya, İtaliya, Kosovo, Norveç, Bəhreyn, Yeni Zelandiya və İsrail daxildir.(Yenisabah.az)