Saytımızı qiymətləndirin


 
 

Aİ-nin enerji məsələləri üzrə komissarı Bakıya səfər edəcək
Tarix: 14-07-2022 | Saat: 12:15
Bölmə:Karusel / Dünya | çapa göndər

Aİ-nin enerji məsələləri üzrə komissarı Bakıya səfər edəcək

İyulun sonunda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya səfər etməyi planlaşdırır.

 Qarabaginfo.az “EUobserver”ə istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycan hökuməti ilə Aİ ölkələrinin təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini müzakirə etmək olacaq.

"Biz tədarükləri artırmaq üçün yaxından işləyirik", - Aİ sözçüsü qeyd edib.

Səfərdən əvvəl hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar. Avropa Komissiyası Azərbaycanla Aİ ölkələrinə təbii qaz idxalının artırılmasına dair sazişin bağlanmasını və qaz həcmlərinin artırılması üçün kəmərin genişləndirilməsinə dəstək verilməsini təklif edib.

Tərəflər kommersiya imkanlarına və bazar ehtiyaclarına uyğun olaraq, Aİ-yə ixrac da daxil olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə 2027-ci ilə qədər hər il ən azı 20 mlrd. kubmetr təbii qazın ikitərəfli satışını dəstəkləməyə çalışırlar.(Apa)



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər