Saytımızı qiymətləndirin


 
 

Zabux məsələsi
Tarix: 04-07-2022 | Saat: 17:33
Bölmə:Karusel / Yazar | çapa göndər

Ermənilərin təxribatına Qərbi Zəngəzurda cavab verilə bilər

Erməni mediasının yaydığı xəbərə görə, Laçında küllənən "Axovna" icmasının rəhbəri Andranik Çavuşyan deyib: "Biz öz doğma kəndimizdəyik və buranı tərk etməyə hazırlaşmırıq".

Deməli, ermənilərin "Axovna" adı ilə sırıdıqları kənd, əslində, Zabuxdur.

Mən o kəndi görmüşəm, tanıyıram, tarixi və əhalisi barədə də məlumatlıyam.

Zabux Azərbaycanın və azərbaycanlıların kəndidir. Sovet dönəmində Gorus-Laçın-Şuşa-Xankəndi yolu bu kənddən keçirdi. Üçtərəfli Bəyanata əsasən, bu kəndin Laçının digər əraziləri ilə birlikdə dərhal boşaldılmaması da məhz buna görə idi ki, həmin yol müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində qalaraq işləsin. Çünki Bəyanata əsasən, Xankəndi istiqamətində yeni yol çəkilməli və rus sülhməramlıları da yeni yol boyu dislokasiya olunmalıdır.

Bəli, Andranik Çavuşyan yox, vaxtilə elə həmin Zabux kəndi yaxınlığında çətəsi darmadağın edilmiş Andranik Ozanyan da gordan çıxıb gəlsə, yeni yolun işə düşməsinə mane olmağa gücü yetməz. Ən uzağı, diqqət edin, ən uzağı yeni yol işə düşdüyü andan etibarən Zabux kəndi, indiki dəhliz boyu bütün məntəqələr, o cümlədən Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək.

Əks variant həmin ərazilərin Azərbaycanın nəzarətinə keçməməsi üçün ya rus sülhməramlılarının dislokasiyadan imtinası (bu mümkün görünmür), ya da Ermənistan ordusunun bizim birliklərimizə müqavimət göstərməsidir. Bu müqavimətin sonu bəllidir- darmadağın olacaqlar. Ancaq bütün hallarda bu, yeni eskalasiya və hərbi əməliyyatlar deməkdir. Dəfələrlə yazdığım bir fikri yenidən təkrar edirəm, Azərbaycan və Ermənistan arasında yeni savaş- əgər Ermənistan Üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməzsə və sülh müqaviləsi imzalamaqdan yayınarsa- Qarabağda deyil, Qərbi Zəngəzurda gedəcək. Bunu Ermənistanda Nikol Paşinyan qarışıq bütün siyasi elita başa düşür. Nikol Paşinyan da, revanşistlərin liderləri də fərqindədirlər ki, Azərbaycan ordusunun Qərbi Zəngəzurun azad edilməsi məqsədi ilə əməliyyata başlaması üçün Zabux olduqca əla səmtdir. Belə ki, Gorusacan, Google məlumatlarına görə, təxminən 35 kilometr olan yolu tam nəzarətə götürmək üçün bu istiqamətdən irəliləyəcək Azərbaycan ordusuna elə də çox vaxt lazım deyil. Üstəlik, bölmələrimizin həm Qaragöl, həm də Cicimli istiqamətindən Gorus şəhərinin tutulması üçün əməliyyat aparması üçün imkanlar genişdir. 44 günlük savaşda ordusunun 75 faizə yaxın hissəsi sınıq-salxaq vəziyyətə düşmüş Ermənistan Rusiya neytral qalacağı təqdirdə, nəinki Gorusa və Qərbi Zəngəzurun digər məntəqələrinə, heç İrəvana da Azərbaycan əsgərinin girməsinə mane ola bilməz. Odur ki, Ermənistan real döyüşdən yayınaraq təxribatlara əl atmaq istəyəcək.

Bu günlərdə Azərbaycanın müdafiə nazirliyi işğaldan azad olunan bölgərdəki əməliyyat şəraiti ilə bağlı toplantı keçirdi, Müdafiə naziri Zakir Həsənov revanşıst qüvvələrə qarşı cavab tədbirlərinin görülməsi barədə tapşırıq verdi. Bu toplantı və tapşırıq həm də onu göstərir ki, Zabux kəndinin, Laçın şəhərinin və digər koridorboyu məntəqələrin yeni yolun işə düşməsindən öncə boşaldılması gündəmdədir. Bu vacib məqamdır ona görə ki, rus sülhməramlıları sözügedən məntəqələri tərk etdikdən sonra məntəqənin azad edilməsi üçün lokal hərbi əməliyyat başlamağa təhrik edə və müəyyən provakasiyalar törədə, lap elə özləri özlərini qırıb "genosid" şivəni qopara bilərlər. Elə bu səbəbdən də Azərbaycan israr edir ki, dəhliz zonasında qalan ermənilər indidən şələ-şülələrini yığıb bölgəni tərk etsinlər.

Başqa bir ehtimalı da nəzərdən keçirək. Sözügedən məntəqələr hərbi əməliyyata ehtiyac qalmadan Azərbaycanın nəzarətinə keçir, ancaq Ermənistan "bic uşağı"- yəni öz təbirləri ilə desək, "Axovna icması"nı Azərbaycanın üstünə atır.

Bu məqamda "bic uşaq" kəliməsini təsadüfən işlətmirəm ona görə ki, Zabuxda ermənilər Laçının işğalından sonra məskunlaşdırılıb, ona qədər burada erməni yaşamayıb. Kəndə yerləşdirilən ermənilərin bir qismi Ermənistandan, bir qismi isə Suriya və Livandan gəlmələrdir. Yəni, "doğma Axovna"da həmin sakinlərinin nəinki dədəsinin-babasının qəbri var (əgər işğal dövründə ölməyiblərsə), hətta yaşı 30-dan yuxarı olanların heç biri heç orada anadan olmayıb da.

Belədə o biclərin- "Suriya-Livan icması"nın aqibəti necə olacaq?

Azərbaycanın ərazi bütövlüyünə qarşı döyüşlərdə iştirak edənlər cinayətkardır, terroristdir və başına çuval keçirilib Bakıya gətirilməli, məhkəməyə çıxarılmalıdır. Bu, birmənalıdır.

Qadınlar, uşaqlar, qocalar, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı vuruşmayanlar isə, sovet dövründəki DQMV-nin sakinləri sayaq Azərbaycan SSR vətəndaşları olmadıqlarına görə, Ermənistana deportasiya edilməlidirlər. Azərbaycan heç bir halda Qarabağda ermənilərinin sayının süni şəkildə artırılmasına izn verməli deyil və verməyəcək də.

Prosesdə başqa metodlardan da istifadə etmək olar. Üçtərəfli Bəyanata əsasən, tərəflər hərbi əsirləri, girovları və DİGƏR SAXLANILANLARI təhvil verməlidir. Bu bənddən də yararlanmaq mümkündür.

İndi bəziləri çıxıb deyə bilərlər ki, kim istəyirsə, qalsın, yaşasın, bizim vətəndaşlarımız olsun. Bu, keçmiş DQMV-nin sakinlərinə aiddir. Birgəyaşayış imkanlarını nümayiş etdirmək üçün çox məntəqə var. Livandan, Suriyadan, Ermənistandan köçürülməklə Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırılanlar torpaqlarımızı tərk etməlidir.

Taleh ŞAHSUVARLI

aznews.az



Xəbəri paylaş

1296 dəfə oxunub.

Digər xəbərlər
21-08-2023, 17:55 337 mina aşkarlandı