Saytımızı qiymətləndirin


 
 

“Azərbaycan ordusu Laçın “dəhlizi”ndə bizə qarşı tuşlanmış silahları susdurmalıdır...”
Tarix: 04-07-2022 | Saat: 12:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Azərbaycan ordusu Laçın “dəhlizi”ndə bizə qarşı tuşlanmış silahları susdurmalıdır...”
“Rusiyanın Ermənistanı müdafiə edəcəyi inandırıcı görünmür. O boyda Türkiyəni özünə qarşı çevirmək Kreml üçün çox ağır zərbə olar...”
“Bilirsiz, Qarabağla Ermənistan arasındakı alternativ Laçın yolunun bu və ya digər konfiqurasiyası vacibdir. Çünki bununla minlərlə Azərbaycan vətəndaşıının öz doğma yurdlarına qayıtmaq şansı yaranır.  Amma digər tərəfdən, “Laçın dəhlizi” deyilən böhran çox geniş bir məsələdir. Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı götürsək, görəcəyik ki, orada iki dəhliz nəzərdə tutulur: biri beşillik Laçın dəhlizi, digəri isə müddətsiz Meğri, başqa sözlə Zəngəzur dəhlizi...” 
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında  alternativ Laçın yolunun istifadəyə verilməsindən sonra Laçın şəhəri və “dəhliz”dəki bir nçə kəndin Azərbaycana təhvil verilməsi məsələsinin perspektivlərindən danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.
 
“Ancaq görürük ki, bəzi revanşist erməni qüvvələri israrlıdırlar ki, biz hazırkı Laçın dəhlizini verməyəcəyik, Zəngəzurdan da dəhliz verilməyəcək və s. Yəni bu baxımdan məsələyə digər bir formatda baxılmalıdır. Bəlkə ümumiyyətlə, biz Laçın yolunu bağlayaq, yaxud tamamilə nəzarətə götürək. Yəni ən azı həmin yolun Ermənistanla sərhəddən keçən hissəsində Azərbaycanın sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Yaxşı, 10 noyabr razılaşmasına uyğun olaraq Rusiya hərbçiləri təhlükəsizliyi təmin etmək üçün qalsınlar. Çünki bu haqda bizim öhdəliyimiz var.  Lakin  Azərbaycanın belə bir öhdəliyi yoxdur ki, Laçın yolunda sərhəd və gömrük xidməti olmasın.  Axı oradan kim istəyir, sərbəst keçir, hətta üçüncü ölkələrdən də gəlib-gedənlər var. İkincisi  də əsas məsələ onunla bağlıdır ki, yaxşı, müharibə nəticəsində Ermənistan uduzub, məğlub olub. Belə bir vəziyyətdə İrəvandan da bəzi açıqlamalar gəlir ki, yox, biz Azərbaycan ərazisində bəzi müqaviləli hərbçiləri saxlayırıq. Bu, nə deməkdir? Yəni Ermənistan işğalı davam etdirmək fikrindədir.  Azərbaycan dövləti öz ərazisindəki erməni əhalinin təhlükəsizliyinə təminat verir.  İrəvan getsin, hələlik 100 ildən çoxdur bizim ərazimizdə qondarılmış Ermənistanın özünün təhlükəsizliyini təmin etsin. Yəni hiss olunur ki, Ermənistandakı bir sıra qüvvələr konfrontasiyaya, qarşıdurmaya meyillidirlər və münaqişənin davam etməsi taktikasını seçiblər.  Fəqət, əminəm ki, Azərbaycan burada çox da səbir göstərməyəcək. Yəni bu, belə davam edə bilməz.  Ermənistan həm hərbi, həm də iqtisadi cəhətdən tam zəif bir durumdadır. Onun əsas müttəfiqi olan Rusiya birincisi, zəifləyib, ikincisi, hamı onu da gözəl vəziyyətdə deyil ki, Azərbaycan və Türkiyə ilə qarşıdurmaya getsin. Bu mənada Ermənistan nəyə ümidlidirlər, Allah bilir” -deyə politoloq bildirib.
 
“Görünən odur ki, xüsusən Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış Suriya, Livan haylarını sanki İrəvandakılardan savayı hansısa kənar qüvvələr də  Azərbaycan ordusuyla gözlənilən qarşıdurma üçün qızışdırır. Və alternativ yolun istifadəyə verilməsindən sonra oradakı haylar dinc şəkildə torpağımızı tərk etməzlərsə, ordumuz onları zor gücünə çıxarmalı olacaq.  Bu da  Rusiya “sülhməramlı”larını, eləcə də sərhəddəki Ermənistan ordusunu məsələyə müdaxilə etməyə yönləndirə bilər. Sizcə, proseslərin belə bir silahlı qarşıdurma həddinə gəlib çatmasında kim maraqlıdır: Qərb, yoxsa Rusiya?” sualını isə Tofiq Zülfüqarov belə cavablandırıb. 
 
“Əvvəla, istər Laçın “dəhlizi” ərazisində, istərsə də Ermənistan sərhəddində bizə qarşı tuşlanmış silahları susdurmaq Azərbaycan ordusunun hüququ və vəzifəsidir. İkincisi isə, öncə dediyimiz kimi, Ermənistanın bizim ordu ilə yenidən üz-üzə gəlməyə gücü yoxdur, Rusiya isə dediyimiz kimi, burada konfrontasiya yaratmaqda maraqlı ola bilməz. Çünki onlar üçün ikinci, üçüncü cəbhə açmaq çox çətin olacaq”. 
 
“Göründüyü kimi, Moskva çox böyük çətinliklə canlı qüvvə və texnika toplayaraq Ukraynada müəyyən hərəkətlər edə bilir. Belə halda, təbii ki, əgər “Laçın dəhlizi” ərazisində qarşıdurma baş verərsə, Rusiyanın Ermənistanı müdafiə edəcəyi inandırıcı görünmür. O boyda Türkiyəni özünə qarşı çevirmək Kreml üçün çox ağır zərbə olar”- deyə sabiq baş diplomat vurğulayıb.


Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər