Saytımızı qiymətləndirin


 
 

Baş prokuror BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb
Tarix: 22-06-2022 | Saat: 15:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Baş Prokurorluğun yeni binasına

İyunun 22-də Baş prokuror Kamran Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin səlahiyyətləri başa çatmaqda olan rəhbəri Arian Bauer və nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç ilə görüşüb.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Baş prokuror BQXK zəngin tarix və ənənələrə malik olduğunu, Komitə ilə ölkəmiz arasında qarşılıqlı əlaqələr barədə danışıb.

Kamran Əliyev Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edildiyini və ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, müharibə zamanı əsir və itkin düşmüş şəxslərin, həmçinin qalıqların tapılıb mübadilə edilməsi prosesində Komitə tərəfindən zəruri köməkliyin göstərilməsinə görə təşəkkürünü bildirib.

Baş prokuror Arian Bauerə gələcək fəaliyyətində uğurlar arzu edərək Draqana Kojiçi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, bundan sonra da BQXK ilə münasibətlərin yüksələn xəttlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Arian Bauer Azərbaycanla münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. A.Bauer münaqişədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardımın göstərilməsi, cəbhəboyu ərazilərdə yaşayan mülki şəxslərin təhlükəsizliyi, fiziki və psixoloji sağlamlıqları, itkin düşmüş şəxslərin taleləri ilə əlaqədar BQXK-nın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi layihələr, aparılan mühüm işlər, o cümlədən keçirdikləri təlimlər barədə məlumat verərək fəaliyyəti ərzində ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb.

Nümayəndəliyin yeni rəhbəri Draqana Kojiç səmimi qəbula və təbriklərə görə təşəkkürünü bildirməklə, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1201 dəfə oxunub.

Digər xəbərlər