Saytımızı qiymətləndirin


 
 

Eldar Salayev vəfat edib
Tarix: 21-06-2022 | Saat: 11:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Eldar Salayev

 

Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Eldar Salayev vəfat edib.

Bu barədə Qarabaginfo.az-a oğlu Kamal Salayev bildirib. O deyib ki, atası ötən gün axşam saatlarında 88 yaşında vəfat edib.

Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Prezidenti seçilib. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.

Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir.



Xəbəri paylaş

203 dəfə oxunub.

Digər xəbərlər