Saytımızı qiymətləndirin


 
 

Rusiya Litvanı çox sərt şəkildə hədələdi
Tarix: 20-06-2022 | Saat: 12:50
Bölmə:Karusel / Dünya | çapa göndər

“Litva tərəfindən Kalininqrad vilayətini faktiki blokadaya almaq cəhdi Rusiyanın bu region üzərində suverenliyinin pozulmasıdır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə rusiyalı senator Andrey Klişas iyunun 20-də özünün Telegram kanalında yazıb.

Bu, "Rusiya tərəfindən çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər" deyə senator Litvanı hədələyib.

Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiya Şurasının Suverenliyin Müdafiəsi Komissiyasının rəhbəri Andrey Klimov Avropa İttifaqından (Aİ) Kalininqradın Litva tərəfindən blokadaya alınması ilə bağlı vəziyyəti düzəltməyi tələb edib.

Əks halda, o, Rusiyanın problemi həll etmək üçün “vuran əl”dən istifadə edə biləcəyini vurğulayıb.
 

Bir neçə gün əvvəl Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanov bildirmişdi ki, Litva Dəmir Yolları Aİ sanksiyalarına daxil olan böyük bir qrup malın tranzitinin dayandırılması barədə Kalininqrad Dəmir Yolunu xəbərdar edib. İlkin hesablamalara görə, bu, tikinti materialları, sement və metallar daxil olmaqla, malların çeşidinin 40-50 faizini təşkil edir. Tranzit iyunun 18-də saat 00:00-da dayanıb.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər