Saytımızı qiymətləndirin


 
 

Məktəb binasına narkomanlar yığışır? - Rəsmi açıqlama
Tarix: 16-06-2022 | Saat: 16:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Məktəb binasına narkomanlar yığışır?

Sosial şəbəkələrdə Goranboy rayonunda yerləşən məktəblərin birinə məxsus tikilidən narkomanların istifadə etməsi barədə görüntülər yayılıb.

Rayonun 2 saylı tam orta məktəbinin otağında narkomanların yığışdığı iddia edilib.

Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, iddialar həqiqəti əks etdirmir: “Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboy rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”.

 


 



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70