Saytımızı qiymətləndirin


 
 

Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib
Tarix: 02-05-2020 | Saat: 15:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Repititorlar necə fəaliyyət göstərə bilər?

Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib. 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib. 

 

Qaydalarda deyilir: 

- Onlayn tədris prosesinə üstünlük verilməlidir;

- Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;

- Tədris vaxtı tibbi maskadan istifadəetmək məcburidir;

- Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

- Dərs vəsaitləri ortaq istifadəedilməməlidir;

- Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

- Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.



Xəbəri paylaş

420 dəfə oxunub.

Digər xəbərlər