Ana Sayfa > Karusel / Cəmiyyət > Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib
Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib2-05-2020, 15:46. Yazar: Admin |
Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.
Qaydalarda deyilir: - Onlayn tədris prosesinə üstünlük verilməlidir; - Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir; - Tədris vaxtı tibbi maskadan istifadəetmək məcburidir; - Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə); - Dərs vəsaitləri ortaq istifadəedilməməlidir; - Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır; - Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır. Geri dön |