Tarix: 12-06-2022 | Saat: 23:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fransada bu gün baş tutan parlament seçkiləri yerli saatla saat 8-də başa çatıb.
Qarabaginfo.az xəbər verir ki, seçkilərin ilkin nəticələrinə görə, Fransa Prezidenti Emmanuel Makronun “Birlikdə” koalisiyası və solçu müxalifət bir-birinə yaxın səs toplayıblar.
NUPES adlı sol qüvvələrə məxsus seçki blokuna sosialistlər, kommunistlər və yaşıllar daxildir. İlkin nəticələrə görə, onlar 26.2% səs toplayıblar.
Hakim siyasi qüvvəni təmsil edən "Birlikdə" adlı siyasi blok səslərin 25.8 faizini qazanmağı bacarıb. Millətçiləri təmsil edən Marin Le Penin partiyası 19,10%, sağçı “Respublikaçılar” 11,10% səs toplayıb.
Bu il Fransa parlamentinin aşağı palatası - Milli Assambleyada ölkənin 577 seçki dairəsində yerlər uğrunda 6293 namizəd mübarizə aparır. İlkin hesablamalarına görə, seçicilərin yarıdan bir qədər çoxu seçkiyə gəlməyib. Bu, Beşinci Respublika tarixində ilk dəfə qeydə alınan antirekorddur
Hazırkı hökumətin 15 naziri seçkilərdə iştirak edir. Prezident Emmanuel Makronun sözlərinə görə, uduzan nazirlər, yəni fransızların etimadını itirənlər hökuməti tərk etməli olacaqlar.
Makron və onun ittifaqı hazırda parlamentdə 345 mandata sahibdir. Parlamentdə mütləq çoxlu əldə etmək üçün siyasi qüvvələr 289 deputata sahib olmalıdır.
Digər xəbərlər