Saytımızı qiymətləndirin


 
 

Fransada seçki keçirilir
Tarix: 12-06-2022 | Saat: 13:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fransada seçki keçirilir

Fransada parlament seçkilərinin birinci turu keçirilir.

Qarabaginfo.az xəbər verir ki, Fransada 48,7 milyon seçici növbəti 5 il üçün Milli Assambleyaya 577 deputatı seçəcəklər.

Fransız seçicilər bu gün yerli vaxtla səhər saat 8:00-dən axşam saat 18:00-dək, böyük şəhərlərdə isə saat 20:00-dək istədikləri namizədə səs verəcəklər. Parlament seçkilərinin birinci turunun ilkin nəticələri axşam saat 20:00-da açıqlanacaq.

Qeyd edək ki, 2017-ci il seçkilərində 51,3 faiz seçici bitərəf qalıb və bu, 5-ci Respublika üçün rekord rəqəm olub. Ancaq builki seçkilərlə bağlı aparılmış sosial sorğuların nəticələri bu rekord rəqəmin yenilənəcəyini və bitərəflərin 54 faiz gözlənildiyindən xəbər verir.

Fransada parlament seçkilərinin ikinci turu iyunun 19-da keçiriləcək.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər