Saytımızı qiymətləndirin


 
 

Zelenski kişilərin Ukraynadan çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı petisiyanı rədd edib
Tarix: 11-06-2022 | Saat: 07:15
Bölmə:Karusel / Region | çapa göndər

Zelenski kişilərin Ukraynadan çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı petisiyanı rədd edib

Ukrayna prezidenti Vladimir Zelenski 18-60 yaş arası kişilərin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı müraciətə cavab verib.
 TASS-a istinadən verdiyi məlumata görə, Zelenski deyib ki, məhdudiyyətləri yalnız hərbi vəziyyət başa çatdıqdan sonra aradan qaldırmağı planlaşdırdıqlarını bildirib.
Onun sözlərinə görə, Ukrayna Konstitusiyasına uyğun olaraq, hərbi vəziyyət və ya fövqəladə vəziyyət şəraitində ölkə ərazisini sərbəst tərk etmək hüququ məhdudlaşdırıla bilər.
"Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında" Ukrayna Prezidentinin 24 fevral 2022-ci il tarixli 64/2022 nömrəli Fərmanı ilə "hərbi vəziyyətin hüquqi rejiminin qüvvədə olduğu müddət ərzində insanın və vətəndaşın konstitusiya hüquq və azadlıqlarının təmin edilməsi müəyyən edilmişdir. Digər şeylərlə yanaşı, Ukrayna Konstitusiyasının 33-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, bu məhdudiyyətlərin ləğvinin hərbi vəziyyətin hüquqi rejimi başa çatdıqdan sonra həyata keçiriləcəyi gözlənilir", - deyə Prezidentin saytında bildirilir.



Xəbəri paylaş

1196 dəfə oxunub.

Digər xəbərlər