Saytımızı qiymətləndirin


 
 

Berlini bir-birinə qatan erməni cinayətkarla bağlı YENİ FAKTLAR
Tarix: 10-06-2022 | Saat: 17:57
Bölmə:Karusel / Region | çapa göndər

Almaniyanın paytaxtı Berlində idarə etdiyi minik avtomobilini qəsdən insanların üzərinə sürərək 14 məktəbli və 2 müəllimə xəsarət yetirən erməni əsilli şəxsin türklərə düşmən mövqedə olduğu üzə çıxıb.

 

Qarabaginfo.az xəbər verir ki, Berlin polisi hücumu həyata keçirən 29 yaşlı erməninin avtomobilinə baxış keçirən zaman oradan Türkiyə əleyhinə sənədlər aşkar edib. Həmin sənədlərin mətni açıqlanmayıb.

 

Məlum hadisənin siyasi motivlərlə bağlı olduğu ehtimal edilir.

 

Almaniya mətbuatı hadisənin terror aktı ola biləcəyini iddia etsə də, sonradan erməni sürücünün psixoloji xəstəliyi barədə xəbərlər tirajlanıb.

 

Adı açıqlanmayan cinayətkarın bacısı mediaya müsahibəsində qardaşının depressiv əhval-ruhiyyədə olduğunu deyib.

 

Daha sonra yerli mətbuat 16 nəfəri xəstəxanalıq edən erməni barədə yazıq obrazı yaratmağa çalışıb. Xəbərlərdə terror şübhəsi istisna edilərək, sürücü psixi xəstə kimi təqdim edilib.(Modern.az )



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər