Saytımızı qiymətləndirin


 
 

AQTA: Ötən həftə qida zəhərlənməsi ilə bağlı 9 müraciət daxil olub
Tarix: 08-06-2022 | Saat: 18:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

AQTA: Ötən həftə qida zəhərlənməsi ilə bağlı 9 müraciət daxil olub

Həftə ərzində qida zəhərlənməsi ilə bağlı daxil olan yeni müraciətlər və icraatı yekunlaşmış müraciətlərin araşdırma nəticələrinə
dair məlumat açıqlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, 30 may - 5 iyun tarixləri ərzində qida zəhərlənmələri ilə bağlı 9 yeni müraciət daxil olub. Yeni qeydiyyata alınmış ümumi zərərçəkənlərin sayı 12 nəfər təşkil edib.

 

Eyni zamanda həftə ərzində 12 müraciətin icraatı yekunlaşıb. İcraatı yekunlaşan qida zəhərlənməsi faktı təsdiqlənən hadisələrin sayı 6, zəhərlənmə faktı kliniki təsdiqini tapan zərərçəkənlərin sayı 7 nəfər olub.

Qida zəhərlənməsindən ölüm faktı qeydə alınmayıb. Zəhərlənməyə səbəb olan şübhəli məhsullar göbələk, mayonez, balıq, plov, pomidor, kolbasa, dönər və paytaxt salatı olub.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər