İlin əvvəlindən indiyədək 818 Rusiya vətəndaşının Finlandiyaya girişinə icazə verilməyib.
Qarabaginfo.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, fevralın 24-dən etibarən Finlandiyaya girişinə icazə verilməmiş şəxslərin sayı artmağa başlayıb. Belə ki, martda, təxminən, 150, aprel-may aylarında isə, təqribən, 600 nəfərin Finlandiyanın sərhədini keçməyinə icazə verilməyib.