Tarix: 01-05-2020 | Saat: 11:14
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
"Bankların fəaliyyəti ciddi şəkildə normativ sənədlərlə tənzimlənir. Mövcud olan "Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə" haqqında qanunun tələbləri ondan ibarətdir ki, vətəndaşların apardıqları bütün növ əməliyyatlar nəzarət altında həyata keçirilsin".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Banklar Asossiasiyasının Prezidenti Zakir Nuriyev İTV-də yayımlanan "3D" verilişində deyib.
Z.Nuriyev banklarda valyuta dəyişimi zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması məsələsinə belə aydınlıq gətirib:
"Biz 20 minə qədər olan vəsaitləri müştərilərimizə onun mənşəyi və istifadə istiqamətləri haqqında xüsusi sorğulamadan, 20 min manatın üzərində aparılan istənilən valyuta dəyişmə əməliyyatlarını isə bu qanunun tələbindən irəli gələrəkdən mənşəyi və istifadə istiqamətləri haqqında sorğulayır və bu məlumatları müvafiq olaraq maliyyə monitorinq xidmətinə təqdim edirik". "Qafqazinfo"
Digər xəbərlər