Mediada gender bərabərliyi ilə bağlı təlim keçirildi
Tarix: 03-06-2022 | Saat: 21:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

1307 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-06-2022 | Saat: 21:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə gender bərabərliyi və ayrı-seçkilik mövzularında media nümayəndələrinin peşəkarlığının artırılması məqsədi ilə onlar üçün “Mediada gender bərabərliyi və peşəkarlıq” adlı 2 günlük təlim keçirilib.
Qarabaginfo.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşmasının müvafiq mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi baxımından əhəmiyyətini qeyd edib.
İnteraktiv müzakirələrlə keçən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


Xəbəri paylaş
Digər xəbərlər
24-02-2022, 11:44
Ukrayna DİN: “Kiyev vilayətində itkilərimiz var”
29-07-2020, 11:25
Rəşad Mehdili DSMF-də departament müdiri təyin olunub
14-10-2026, 08:17
Zelenski: Rusiyanın Kiyevə raket hücumunun əsas hədəfi istilik elektrik stansiyası olub
18-03-2022, 06:54
Makron Ukraynaya səfərini istisna etməyib
29-05-2025, 23:24
Eşitdiyimə görə, Polad Həşimov yaxşı insan olub - Manukyan
3-05-2024, 17:15
Paşinyanın həbs edilməsi tələb olunur - Prokurorluq işə qarışdı
20-09-2026, 10:48
Qalibaf İranda ABŞ-la münasibətlərin gələcəyinə dair fikir ayrılıqları olduğunu etiraf edib
17-12-2024, 16:04
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar 38%-dən çox artıb
29-07-2025, 13:26
İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir
2-07-2025, 19:46
Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq


















