Tarix: 03-06-2022 | Saat: 19:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya Xarici İşlər Nazirliyi 41 Kanada vətəndaşını “stop siyahısı”na salıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Rəsmi Ottavanın mayın 8-də Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə, hərbi rəhbərlərə və işgüzar dairələrin nümayəndələrinə qarşı elan etdiyi növbəti anti-Rusiya sanksiyalarına cavab olaraq, Kanada vətəndaşları, o cümlədən dövlət başçıları üçün Rusiyaya giriş həmişəlik bağlanıb” - deyə məlumatda bildirilir.
Bildirilir ki, siyahıda qeyri-müəyyən müddətə Rusiya ərazisinə girişi qadağan edilən 41 vətəndaşın adı var.
Bundan əvvəl Rusiya XİN ölkəyə girişi qadağan edilən Kanada vətəndaşlarının siyahısını dərc edib.
Siyahıya Kanada parlamentinin senatorları, Liberal və Mühafizəkar partiyalardan olan Parlament İcmalar Palatasının üzvləri, publisistlər, Ottava meri Cim Uotson, Toronto meri Con Tori, Kanadanın baş prokuroru və keçmiş baş prokuror David Lametti, Kanadanın sabiq Baş naziri Stiven Harper və başqaları daxil olmaqla 592 nəfər daxildir.
Digər xəbərlər