Saytımızı qiymətləndirin


 
 

Futbolda da sözünü deyən vəkillər
Tarix: 03-06-2022 | Saat: 16:37
Bölmə:Karusel / İdman | çapa göndər

Vətəndaşlara, təşkilatlara hüquqi yardım göstərmək, onların hüquqlarını müdafiə etməklə yanaşı, vəkillərimiz həm də yaxşı futbol oynayırlar. Beynəlxalq nailiyyətləri də var. Elə buyaxınlarda Afrika səfəri də onlar üçün uğurlu olub.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının futbol üzrə yığma komandası vəkil və hüquqşünaslar arasında Mərakeşdə keçirilən "Mundiavocat-2022" qeyri-rəsmi dünya çempionatında 3-cü yeri tutub.

Bürünc mükafatçılar keçirdikləri 8 oyundan 6-da qələbə qazanıblar, üstəlik komandamızın üzvü Zakir Kərimov "Ən yaxşı oyunçu" seçilib.

Vəkil futbolçular ölkədaxili yarışlarda da öz sözlərini deyirlər. “Advokat” komandası 2021/22 mövsümündə futzal üzrə Azərbaycan çempionatının İkinci liqasının qalibi olub. Komandanın üzvü Nurəli Əsədov isə hamıdan çox qol vurub – 26 oyunda 43 dəfə rəqibləri topu qapıdan çıxarmağa məcbur edib.

Bu uğurlarda Vəkillər Kollegiyasının futbol koordinatoru Elçin Usub və komandanın məşqçisi Fuad Rzayevin də əməyi böyükdür.

Bundan əvvəl isə 2019-cu ildə futzal üzrə Azərbaycan kubokunun finalına yüksəlməsini həvəskar komanda üçün nailiyyət hesab etmək olar.

2018-ci ildən Vəkil Futbol Liqası da mövcuddur, hər il yarış keçirib ən yaxşı futbol oynayan vəkilləri də müəyyənləşdirirlər.

Vəkillər Kollegiyasının vəkil futbolunun uğurlarına həsr edilən tədbirində Azərbaycan vəkil futbolu barədə məlumat verilməklə yanaşı, “Advokat” komandasının futzalçıları, həmçinin “Mindiavocat 2022” çempionatının mükafatçıları təltif olunublar. Bu uğurlarda Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun dəstəyi xüsusi vurğulanıb.

Tədbirdə “Vəkil klubu” tərəfindən 44 günlük şanlı Vətən müharibəsinə həsr edilən “Qarabağ Azərbaycandır!” II Vəkil bədii yaradıcılıq müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Yeri gəlmişkən, vəkillər arasında futzal ürə dünya çempionatının gələn il Bakıda keçirilməsi ideyası da var. Vəkillər Kollegiyası 2019-cu ilin oktyabrında Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunan 1-ci Cənubi Qafqaz beynəlxalq turnirinə ev sahibliyi etməklə artıq beynəlxalq yarış təcrübəsinə də malikdir.


 



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər