Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda meyvə adı verilən körpələr: Xurma, Gilas, Badam, Göycə, İnnab...
Tarix: 30-05-2022 | Saat: 12:37
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Sevimli uşaq şəkilləri » Maraqlı şəkillər, Yüksək keyfiyyətli şəkillərə baxın və istədiyinizi pulsuz yükləyin.

Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə adları verirlər.

Qarabaginfo.az "Modern.az"a istinadən bununla bağlı Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatları sizə də təqdim edir.

Son 5 ildə yeni doğulan 8 körpəyə Gilas adı verilib.

Valideynlər 2 körpəyə Almaxanım, 1 uşağa Almagül adı qoyublar.

1 uşaq isə alçanın bir sortu olan Göycə adlandırılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 3 uşağa Xurma, 2-sinə Xurmayə, 1-nə Xurmayıl adı verilib.

Valideynləri yeni doğulan 4 körpəyə Badam adı veriblər, 2 uşağa Badamxanım adı qoyulub.

15 uşaq Püstə, 11 körpə isə Püstəxanım adı ilə böyüyəcək.

Azərbaycanda 1 İnnab, 1 İnnabxanım adlı uşaq da böyüməkdədir.

Son 5 ildə 862 uşağa Narin, 51 uşağa Narın, 1 körpəyə Narinə adı verilib.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər