Saytımızı qiymətləndirin


 
 

Rusiyada yaşayan İş adamı xeyriyyəçilik aksiyasına qoşuldu
Tarix: 27-04-2020 | Saat: 19:00
Bölmə:Karusel / Sosial | çapa göndər

Rusiyada yaşayan həmyerlimiz, iş adamı Qədimalıyev Adil Hacı oğlu da qoşuldu.

Dünyada geniş yayılmış koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında zəruri addımlar atılıraq, davamlı olaraq müvafiq tədbirlər görülür.

Həmin tədbirlərə qoşulan Rusiyada yaşayan, əslən Laçın rayonundan olan həmyerlimiz Qədimalıyev Adil Hacı oğlu laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Bərdə rayonu ərazisində, karantin şəraitində ehtiyacı olan şəxslərə dəstək məqsədi ilə“Evdə qal “ kampaniyası çərçivəsidə xeyriyyə tədbiri keçirmişdir.

27 aprel 2020-ci il tarixdə Bərdə rayonunda həyata keçirilən həmin aksiya zamanı, karantin rejimi şəraitində əhalinin ən həssas təbəqəsi olan yaşlı və ehtiyacı olan 45 ailəyə ərzaq bağlamaları paylanılmışdır.
Ərzaq bağlamalarını qəbul edən laçınlı köçkünlər bu xeyirxah aksiyaya görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Aksiya zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara özlərinin və yaxınlarının sağlamlığını qorumaq naminə evdə qalmaları tövsiyə edilmişdir.

Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.
Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.

 



Xəbəri paylaş

405 dəfə oxunub.

Digər xəbərlər