Saytımızı qiymətləndirin


 
 

“Tezliklə “Şərqi Ukrayna“ adlı dövlət yaranacaq“ - Müşavir
Tarix: 25-05-2022 | Saat: 15:07
Bölmə:Karusel / Region | çapa göndər

“Tezliklə “Şərqi Ukrayna“ adlı dövlət yaranacaq“ - Müşavir

"Siyasət dünyası jele dünyadır və olmaya da bilər, çünki siyasət aləmində qəti şəkildə heç nədən danışmaq olmaz".

Qarabaginfo.az "Xorasan"a istinadla xəbər verir ki, bunu İran Ali liderinin baş köməkçisi və müşaviri, güneral Yəhya Rəhim Səfəvi deyib.

O, Ukrayna böhranının nəticələrinə dair proqnozlarını bölüşüb:

"Birincisi, ABŞ prezidenti zəif prezidentdir və 2 il əvvəl keçirilən seçkilər zamanı cəmiyyətdə hələ də çat var idi. ABŞ daxilində respublikaçılar və demokratlar arasında sinfi parçalanma və siyasi gərginlik var.

İkincisi, Rusiyanın Ukraynaya təcavüzü, NATO və amerikalıların təpki verməməsi göstərdi ki, ABŞ zəifləyib və indi avropalılar ABŞ-ın onları dəstəkləmədiyini hiss edirlər.

ABŞ Ukraynaya milyardlarla dollar silah yardımı etdi, lakin tezliklə  "Şərqi Ukrayna" adlı müstəqil dövlətə yaranacaq.

Təxminim budur ki, həm ABŞ-ın BRİKS-ə ehtiyacı var, həm də bizim buna ehtiyacımız var, Çin və Rusiya bizi dəstəkləməlidir. Bu, qlobal tənlikdə effektivdir".(Yenisabah.az)



Xəbəri paylaş

11 023 dəfə oxunub.

Digər xəbərlər