Tarix: 24-05-2022 | Saat: 07:10
Bölmə:Karusel / Dünya | çapa göndər
Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) liderlərinin sammiti işə başlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “NHK” telekanalı məlumat yayıb.
Danışıqların əsas mövzuları regional təhlükəsizlik, dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi və Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi olacaq.
Sammit iştirakçıları Pekinin Şərqi Çin və Cənubi Çin dənizlərindəki hərəkətlərini, həmçinin Şimali Koreyanın raket proqramının aktivləşdirilməsini müzakirə edə bilərlər.
Həmçinin, QUAD-a üzv ölkələrin rəhbərləri COVID-19, iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə toxuna, regionda qeyri-qanuni balıq ovu ilə bağlı məlumat mübadiləsi təşəbbüsü ilə çıxış edə, həmçinin kosmosda qarşılıqlı fəaliyyətin yeni formasını yarada bilərlər.
Dördlüyün hazırkı görüşü ikinci əyani sammitidir.(Apa)
Digər xəbərlər