Saytımızı qiymətləndirin


 
 

DİN onlara xəbərdarlıq etdi: “İnzibati məsuliyyət yaradır“
Tarix: 19-05-2022 | Saat: 14:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

DİN onlara xəbərdarlıq etdi: “İnzibati məsuliyyət yaradır“

 


"Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır". 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi qeyd edib ki, bu olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz.

E.Hacıyev qeyd edib ki, bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır:

"İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə - yüz manat məbləğində cərimə tətbiq edilir".

Qeyd edək ki, Azərbaycanda Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət edilib.

Onlar: “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, - deyərək Xidmətin operatorunu ələ salıblar.

Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.



Xəbəri paylaş

274 dəfə oxunub.

Digər xəbərlər