"Rusiya Böyük Pyotrun kursunu davam etdirir, dünyada öz yerini qətiyyətlə müdafiə edir və öz milli maraqlarına diqqət yetirir".
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
Onun sözlərinə görə, Böyük Pyotr ölkəni həm Qərbə, həm də Şərqə bərabər mənsub olan qüdrətli və suveren dövlət kimi görürdü.
S. Narışkin Mədəniyyət sahəsində 2021-ci il və 2022-ci ildə Rusiya Federasiyası Hökumətinin Böyük Pyotr mükafatının təqdimat mərasimindəki çıxışında deyib:
“Bu nöqteyi-nəzərdən, bu gün Şərqə qlobal dönüş dövründə Rusiya de-fakto Böyük Pyotrun kursunu davam etdirir, dünyada öz yerini qətiyyətlə müdafiə edir və ilk növbədə, öz milli maraqlarını diqqət mərkəzində saxlayır”.