Saytımızı qiymətləndirin


 
 

Hövsan limanının rəhbərliyi Şanxay Əməkdaşlıq Təşkilatının forumunda iştirak edib - Fotolar
Tarix: 06-11-2023 | Saat: 10:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

hovsan-limaninin-rehberliyi-sanxay-emekdasliq-teskilatinin-forumunda-istirak-edib

Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə  01- 03 noyabr 2023-cü ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) I Beynəlxalq Transport- logistika Forumu, ŞƏT Nəqliyyat Nazirlərinin Toplantısı, "Özbəkistan TransLogistika" Forumu və sərgisi keçirilib.

Qarabaginfo.az xəbər verir ki,   Forum-sərgidə "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin baş direktoru Rəşad Daşdəmirovun rəhbərliyi altında limanın nümayəndə heyəti, dünyanın 25 ölkəsindən 128 şirkət və regionun 5 limanın  nümayəndələri iştirak etmişdir.

Limanın baş direktoru Forum-sərgi vaxtı Qırğızıstan Respublikasının Nəqliyyat naziri  Tulek Tekebaev və Özbəkistan Respublikasının Nəqliyyat Nazirinin 1-ci müavini Mamanbiy Ömarovla görüşmüş, Limanın infrasrtukturlu, limanın texnikaları, limanda Xidmətlər üzrə yük daşımaların logistikasının təşkili və limanın fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Gələcəkdə qardaş ölkənin loqistika şirkətləri ilə daha sıx əlaqələrin saxlanılması və Xəzər dənizində yük həcminin artırılması barədə əməkdaşlığın inkişafı müzakirə edildi.



 



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər