Saytımızı qiymətləndirin


 
 

Şahin Mustafayevin İrana səfəri başlayıb - FOTO
Tarix: 18-05-2022 | Saat: 15:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şahin Mustafayevin İrana səfəri başlayıb - FOTO

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.

Şahin Mustafayev bu səfərə böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.

O, Azərbaycan və İran prezidentlərinin Aşqabadda keçirilmiş görüşünün əhəmiyyətindən danışıb. Şahin Mustafayev əlavə edib ki, bu görüşdən sonra tərəflər arasında danışıqlar inkişaf edib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan Prezidenti İranla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Şahin Mustafayev səfər zamanı müzakirə olunacaq önəmli məsələlərdən birinin tranzit məsələsi olduğunu vurğulayıb.

Səfər çərçivəsində Astara çay körpüsü, Astara dəmir yolu və Naxçıvan yolu, Parsabad-Gümüşlü dəmir yolunun birləşdirilməsi məsələlərinin müzakirə olunacağını bildirib.



Xəbəri paylaş

233 dəfə oxunub.

Digər xəbərlər
15-06-2022, 12:29 Prezident fərman imzaladı