İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrin alyansa üzvlük müraciətini rəsmi şəkildə baş katib Yens Stoltenberqə təqdim edib.
Müraciətlərin təqdim olunması mərasimi NATO-nun rəsmi saytında canlı yayımlanıb.
Y.Stoltenberq NATO-nun ölkələrin üzvlük müraciətlərini alqışladığını deyib.
"Alyans bunun üçün lazım olan məsələlərin tezliklə həllini təmin edəcək", - NATO-nun baş katibi bildirib.
Xatırladaq ki, ötən gün İsveçin baş naziri Maqdalena Andersson hər iki ölkənin öz müraciətini mayın 18-də təqdim edəcəyini vurğulamışdı.