Ana Sayfa > Karusel / Dünya > İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmi şəkildə təqdim edib

İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmi şəkildə təqdim edib


18-05-2022, 10:46. Yazar: Admin

 

İsveç və Finlandiya NATO-ya üzvlük müraciətini rəsmi şəkildə təqdim edib

 

 

İsveç və Finlandiyanın NATO-dakı səfirləri ölkələrin alyansa üzvlük müraciətini rəsmi şəkildə baş katib Yens Stoltenberqə təqdim edib.

Müraciətlərin təqdim olunması mərasimi NATO-nun rəsmi saytında canlı yayımlanıb.

Y.Stoltenberq NATO-nun ölkələrin üzvlük müraciətlərini alqışladığını deyib.

"Alyans bunun üçün lazım olan məsələlərin tezliklə həllini təmin edəcək", - NATO-nun baş katibi bildirib.

Xatırladaq ki, ötən gün İsveçin baş naziri Maqdalena Andersson hər iki ölkənin öz müraciətini mayın 18-də təqdim edəcəyini vurğulamışdı.


Geri dön