Saytımızı qiymətləndirin


 
 

Zelenski Makronla Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müzakirə aparıb
Tarix: 17-05-2022 | Saat: 20:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski fransız həmkarı Emmanuel Makronlıa telefonla danışıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Zelenski Tvitterdə bildirib.

“Emanuel Makronla uzun və mənalı söhbətimizi tamamladıq. Biz döyüş əməliyyatlarının gedişi, hərbçilərin “Azovstal”dan təxliyəsi əməliyyatı və danışıqlar prosesinin perspektivləri barədə danışdıq. Ukraynaya yanacaq tədarükü məsələsini qaldırdım” – deyə Ukrayna lideri qeyd edib.

Tərəflər həmçinin Fransanın Ukraynaya müdafiə dəstəyi, Rusiyaya qarşı 6-cı sanksiyalar paketinin hazırlanması və Ukraynanın kənd təsərrüfatı məhsullarının Avropaya ixracı məsələlərini müzakirə ediblər.

Dövlət başçıları Ukraynanın Aİ üzvlüyünə namizəd statusu ilə bağlı müraciətini əsaslı şəkildə müzakirə ediblər.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər