Saytımızı qiymətləndirin


 
 

Kilsəyə çevrilmiş 72 otaqlı mağara: yataqxanası da var...
Tarix: 15-05-2022 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sümela monastrını ziyarət etmək istəyənləri bir qədər çətin anlar gözləyir. Xüsusi maşınlar qonaqları ancaq monastrın pilləkənlərinin yanına qədər apara bilir. Buna görə də təxminən 300 metr uzunluğundakı pilləkənləri tələsmədən, gözəl mənzərələri seyr edə-edə və təbiətdən zövq alaraq qalxmaq məsləhət görülür.

Qarabaginfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qara dəniz bölgəsinə xas olan meşə güllərinin zərif qoxusunun və nəhəng vələslərin əhatəsində olan bu yol sizi uşaqlıqda oxuduğunuz sehrli nağıllara apara bilir. Dar pilləkənləri bitirib monastırın həyətinə çatanda sehrli məkanla qarşılaşırsan. Girişdə çox geniş əraziyə yayılan binanın gözətçi otaqları da var.

Kilsəyə çevrilmiş mağara rahiblərin otaqları, ibadətgahlar, mehmanxana və kitabxanası olan 72 otaqdan ibarətdir.

Sümela monastırının ortasında müqəddəs adlanan bir bulaq yerləşir. Yuxarıdakı qayalardan iri su damcıları şəklində düşür. Əsrlər boyu heç zaman kəsilməyən bu suyun bəzi xəstəlikləri sağaltdığına inanılır, ona görə də müqəddəs olduğu hesab edilir. Bura nəinki xristianlar, müsəlmanlar tez-tez gəlir.

Trabzonlu məşhur yazıçı Səbahəddin Eyyuboğlu (Sabahattin Eyuboğlu) “Anadoluda xalq təbabəti” adlı məqaləsində Sümela monastırındakı bu müqəddəs suyu belə təsvir edir: “Xəstələr soyunub damcıların üzərlərinə düşməsini gözləyirlər. Damcılar həmişə eyni yerə düşmədiyindən 7, 11 və ya 20 damcı ilə müalicə bir müddət davam edir. Bu yer şəfa mənbəyi kimi görüldüyündən Sümela monastrına Anadolunun hər tərəfindən müsəlmanlar da müalicə məqsədilə gəlir. Məryəm monastrı Anadolunun əvvəlki tanrıçalarının yerinin işarəsi ola bilər.''

Sümela monastırı UNESCO-nun Dünya Mədəni İrs Siyahısında yer alıb. Coğrafiyasına zidd belə böyük bir kompleksin inşa edilməsi insanın inandığı şeylər uğrunda nələr edə biləcəyini bir daha ortaya qoyur.

Sümelanın təsirli memarlığı ilə yanaşı, freskaları da diqqəti cəlb edir. Az adamın oxuyub yaza bildiyi bir dövrdə insanlara dünyanın yaradılışı, İncilin nazil olması, oradakı hədislər, möcüzələr, Həzrət Məryəm və İsa peyğəmbərin həyatından parçalar rəngarəng freskalarda əks olunub. Bəzi freskalar zamanla sökülüb, lakin yerində qalan izləri və divar rəsmləri onların bir vaxtlar necə möhtəşəm olduğundan xəbər verir.

Son illər aparılan bərpa işləri zamanı naməlum gizli keçid də tapılıb Keçidin kilsəyə apardığı yolda “Cənnət və cəhənnəm” və “Ölüm və həyat”ın təsvir olunduğu freskalar aşkarlanıb.

Türkiyənin Qara dəniz bölgəsində çoxlu monastrlara rast gəlmək mümkündür. Müxtəlif dövrlərə şahidlik edən və günümüzə qədər gəlib çatan bu tikililər təbiəti və möhtəşəm arxitekturası ilə insanı valeh edir.



Xəbəri paylaş

1236 dəfə oxunub.

Digər xəbərlər