Tarix: 14-05-2022 | Saat: 13:17
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Rusiyanın Finlandiya və İsveçə qarşı düşmənçilik niyyəti yoxdur”.
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Onun sözlərinə görə, hər iki ölkənin NATO-ya üzv olması rəsmiləşdiyi halda hadisələrin necə inkişaf edəcəyi ilə bağlı Rusiyanın belə bir təxmini təsəvvürü var: “Bu zaman NATO ölkələri dərhal bildirəcəklər ki, şimal cinahı çox zəifdir və Rusiya ilə sərhəd 1300 kilometrdir. İndi NATO və Rusiya arasında sərhəd təqribən 1300 kilometr böyüyüb. Bu sərhədi qorumaq lazımdır, buna görə də orada əlavə qüvvələr yerləşdirmək lazımdır və sairə”.
Qruşko həmçinin qeyd edib ki, NATO-ya üzv olmaq İsveç və Finlandiyanın maraqlarına cavab vermir və bu, yalnız Şimalın militarizasiyasına gətirib çıxaracaq.
Digər xəbərlər