Saytımızı qiymətləndirin


 
 

ABŞ Kiyevə silah tədarükünə nəzarəti vacib hesab edir
Tarix: 13-05-2022 | Saat: 08:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Goodbye Jen Psaki — no one condescends quite like you

ABŞ administrasiyası Ukraynaya tədarük edilən silahlara nəzarətin həyata keçirilməsini həyati vacib hesab edir.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki respublikaçı senator Rend Polun Ukraynaya əlavə yardımın (40 milyard ABŞ dolları – Red) ayrılması ilə bağlı sürətli səsvermənin qarşısını almaq qərarını şərh edərkən bildirib

Senator qanun layihəsinə bu məbləğin və xüsusən də Kiyevi silahla təchiz etmək üçün istifadə olunan vəsaitlərin xərclənməsinə nəzarət edəcək aparatın yaradılması ilə bağlı düzəlişin daxil edilməsinə israr edib.

“Biz razıyıq ki, silahlara nəzarət həyati əhəmiyyət kəsb edir. Buna görə də paketə əlavə nəzarət tədbirlərini dəstəkləmək üçün artıq milyonlarla dollar, o cümlədən mövcud baş müfəttişlərin ofisləri üçün əlavə maliyyə vəsaiti daxildir. Biz bütün senatorları qanun layihəsini yubanmadan indiki formada qəbul etməyə çağırırıq”-deyə, Psaki vurğulayıb.



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər