Tarix: 16-01-2022 | Saat: 15:29
Bölmə:Karusel / Region | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, CNN telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir bəyanat verib.
Onun sözlərinə görə, Kreml “özünün kifayət qədər konkret təkliflərinə çox konkret cavab” almaq istəyir: “Bəli, həm sərhəddə, həm də Avropanın bu hissəsində yüksək gərginlik hökm sürür və bu vəziyyət bizim qitəmiz üçün fövqəladə dərəcədə təhlükəlidir”.
Kremlin sözçüsü qeyd edib ki, məhz bu səbəbdən Rusiya özünün narahatlığına “açıq cavab” gözləyir.
Cənab Peskov müsahibəsində onu da vurğulayıb ki, Vaşinqton Rusiyanın guya Ukrayna ətrafında gərginlik yaratmaq planı barədə iddialarını təsdiqləyən heç bir sübut ortaya qoymayıb.
“Biz hələ də sübut gözləyirik. Təəssüf ki, biz bu gün saxta ittihamlar, uydurma xəbərlərlə dolu yalançı dünyada yaşamağa məcburuq”, - deyə Rusiya prezidentinin mətbuat katibi sözünü yekunlaşdırıb.
Digər xəbərlər