Saytımızı qiymətləndirin


 
 

Hindistan 5 milyard dozaya qədər COVID-19 peyvəndi istehsal edə bilər
Tarix: 13-05-2022 | Saat: 00:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Jack Andrews (@jack_andrews03) / Twitter

Hindistan bu il 5 milyard doza koronavirus peyvəndi istehsal etmək gücünə malikdir.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi Vaşinqtonun videokonfrans vasitəsilə təşkil etdiyi COVID-19 ilə mübarizə üzrə beynəlxalq onlayn sammitdə çıxışı zamanı deyib.

"Hindistan ÜST tərəfindən təsdiqlənmiş dörd peyvənd istehsal edir. Ölkədə yetkin əhalinin demək olar ki, 90%-i və 50 milyondan çox uşaq peyvənd olunub", - Baş nazir bildirib.

Hindistan hökumətinin başçısı əlavə edib ki, ənənəvi vasitə və müalicə üsullarından Hindistanda da istifadə olunur və ölkə öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazırdır.

"Biz davamlı qlobal dəyər zənciri yaratmalı, peyvəndlərə və dərmanlara ədalətli çıxışı təmin etməliyik", - Modi vurğulayıb.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər