"Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyaları mayın 16-17-də Moskvada görüşəcək".
Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
“Bildirmək istəyirəm ki, biz azərbaycanlı həmkarlarımızla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması məsələsini müzakirə etmişik. Belə görünür ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk ilə 16-17 mayda Moskvada kommunikasiya məsələsi ilə bağlı görüşmək niyyətində olduqları barədə razılıq var, həmçinin razılıq var ki, delimitasiya və delimitasiya, habelə sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüş keçiriləcək”, - deyə Mirzoyan vurğulayıb.