Rusiya ordusu yəhudi məzarlığını da raketlə vurdu...-FOTOLAR
Tarix: 09-05-2022 | Saat: 10:50
Bölmə:Karusel / Region | çapa göndər
1489 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-05-2022 | Saat: 10:50
Bölmə:Karusel / Region | çapa göndər

"Qlobal birlik bu cür cinayətlərə təcili reaksiya verməlidir. Çünki şərin qarşısı alınmasa, yolundakı hər şeyi məhv edəcək...”
Rusiya işğalçıları Ukraynanın Sumı vilayətinin Qluxov şəhərindəki yəhudi qəbiristanlığına raket atıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko "Facebook"da paylaşıb.
"Raşistlər indicə Qluxovdakı yəhudi qəbiristanlığını raketlə vurdular. Bu, Rusiyada, ümumiyyətlə, müqəddəs heç nəyin olmadığının və onların 80 il əvvəl yəhudiləri məhv edən nasistlərdən heç fərqlənmədiyinin daha bir birbaşa sübutudur", - deyə Tkaçenko bildirib.
Nazir qeyd edib ki, bu qəbiristanlığın ərazisində 1918-ci il qırğınının qurbanı olan yəhudilər dəfn olunub.
"Kütləvi dəfn eyni zamanda saddiklər(yəhudi dinində möminlər-S.L.) Menahem-Nohim-David Geselev və İsrail-Dov-Ber Nohimov Şumyatskinin məzarı sayılır. Bu, yalnız tarixi abidə deyil, eyni zamanda bütün yəhudi xalqı üçün xüsusi rəmzdir", - Tkaçenko vurğulayıb
Bütün İlahi qüvvələrin hələ də bizim tərəfimizdə olduğunu sübut edən əsaslardan biri də saddiklərin qəbirlərinin salamat qalmasıdır. Bu, belə bir zərbədən sonra həqiqətən bir möcüzədir. Həyəcan siqnalları dayanmadığı üçün yerli sakinlər hələ də bomba sığınacaqlarında otururlar”, - nazir qeyd edib.

"Rusiya öz rəzil mahiyyətini sübut etməkdə davam edir. Qlobal birlik bu cür cinayətlərə təcili reaksiya verməlidir. Çünki şərin qarşısı alınmasa, yolundakı hər şeyi məhv edəcək”, - deyə Tkaçenko əlavə edib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
5-12-2023, 16:58
Bakıda bu məktəbdə 9 şagird və 1 müəllim qızılcaya yoluxub
6-08-2020, 11:46
Məktəblər açılsa, bu qaydalara əməl etməli olacaqsız - DİQQƏT
11-12-2025, 23:05
Azərbaycanlı alimin məqaləsi dünyanın geosiyasət sahəsində nüfuzlu jurnalında dərc edildi
6-03-2024, 17:50
Azərbaycan və Qazaxıstan arasında mübadilə edilən “İcazə” blanklarının sayı 5 dəfə artıb
19-01-2022, 23:10
Ona istefa verməyi qadağan etmişəm - Paşinyan
27-09-2022, 20:34
İran 44 günlük müharibədə Ermənistana hansı təkliflər verib?
26-09-2021, 13:33
Sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciət edəcək
5-04-2024, 12:50
Ali Məhkəməyə iki yeni hakim təyin olunub



" style="width: 670px; height: 340px;">












