Saytımızı qiymətləndirin


 
 

Xərçəngin müalicəsində inqilabi texnologiya: Cəmi 2 dəqiqəyə diaqnoz qoyulur və...
Tarix: 08-05-2022 | Saat: 07:30
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

2022/05/16519-1651951574.jpg
İsrailin "İmagene AI" şirkətinin fəaliyyəti nəticəsində onkoloji xəstələrin aldığı müalicə yaxşılaşacaq. Süni intellektə əsaslanan texnologiya rəqəmsallaşan biopsiya preparatı əsasında şişi müfəssəl təsvir etməyə və fərdi müalicəni seçməyə imkan verəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Ynet" saytı məlumat yayıb.

Yeni texnologiya hazırda "İxilov" və "Şiba" xəstəxanalarında sınaqdan keçirilir və yaxın zamanlarda ABŞ- ın dərman və ərzaqlara nəzarət üzrə Federal agentliyinin (FDA) lisenziyasını əldə edəcək.

İnqilabi texnologiya süni intellektin yeni modellərinə əsaslanır və rəqəmsallaşan biopsiya materialı əsasında müfəssəl diaqnostikanı həyata keçirməyə imkan verir. O, başqa analiz zamanı müəyyən edilməyən patternləri (forma, model, sxem) aşkar edir və hər xəstə üçün fərdi müalicəni seçməyə imkan verir.

"İmagene AI" şirkətinin təsisçisi Din Bitan verdiyi müsahibəsində texnologiya barədə danışıb.

"On illiklər ərzində şişlər lokalizasiya (yerləşmə) yerinə görə təsnif edilib və bütün xəstələrə eyni müalicə təyin olunub, - Bitan deyib. - Biz yeni metodun köməyilə hər xəstəyə fərdi müalicə seçə bilirik, bu da terapiyaya reaksiyanı xeyli dərəcədə yaxşılaşdırıb və yaşamaq şansını artırıb. Bu da elə "fərdi seçilmiş müalicə" deməkdir, bunun potensialı tam olaraq açılmayıb, heç də bütün xəstələr onu müxtəlif səbəblərdən tam olaraq almayıb. O cümlədən həddən artıq bahalı olan və həftələrlə davam edən müayinə metodları bu qəbildəndir, zaman isə xərçəngin müalicəsində kritik rol oynayır. Bundan başqa, biopsiya zamanı alınan materialın miqdarı çox vaxt kifayət etmir.

Biz alqoritmlər sistemini işləyib hazırlamışıq, onun sayəsində rəqəmsallaşan biopsiya preparatında onkogen mutasiyaları müəyyən edir. Bu, təyin edilən spesifik müalicəyə orqanizmin müsbət reaksiyası şanslarını artırır. Diaqnostika çox tez  başa gəlir, bu da pasientə optimal müalicə təyin etməyə imkan verir".

Bitanın sözlərinə görə, xərçəng mürəkkəb xəstəlikdir, ona çoxsaylı amillər, məsələn, xəstənin cinsi, mənşəyi, irsiyyəti təsir göstərir.

"İnsanlar xərçəngə koronavirus və ya başqa xəstəliklər kimi xəstələnmir. Xərçəng bir çox amillərin təsirindən yavaş- yavaş inkişaf edir. Buna baxmayaraq, tibb işçiləri hələ də təsnifatı asanlaşdırmağa və xəstələri böyük qruplara bölməyə cəhd edir. Bu, yeməyin ayrı- ayrı tərkib hissələrinə ayrılması və buna görə dadın müəyyən edilməsinə bənzəyir. Həmin şey biopsiya materialını öyrənəndə baş verir: materialda müxtəlif mutasiyalar aşkar edilir və bunun əsasında hansı müalicənin adekvat olmasını anlamağa cəhd edilir. Bu, müalicənin nəticələrini yaxşılaşdırmağa imkan verir, lakin mənzərə ümumilikdə əldən verilmiş olur.

Əgər biz maksimal dəqiq diaqnostikaya nail olmaq, bu və ya digər xəstənin bütün zəruri parametrlərini nəzərə almaq istəyiriksə, süni intellekt insan gözündən gizli qalanları və indiyədək bilmədiklərimizi  görməyə imkan verir".

Hər bir xəstəyə optimal müalicə

"Yeni platforma əsasında alınan mənzərəyə əsasən, - şirkətin əməkdaşları izah edib, - müalicə həkimini hər bir xəstəyə uyğun olan müalicə sxemini qurmaq üçün ən yaxşı üsullarla təmin etmək mümkün olacaq, habelə əczaçılıq şirkətlərinə yeni preparatların işlənib hazırlanması zamanı kliniki sınaqların aparılmasında kömək edəcək".

"İmegene AI" texnologiyası artıq "İxilov" və "Şiba" xəstəxanalarında sınaqdan keçirilir və, Bitanın sözlərinə görə, diaqnostikada dəqiqlik faizi əksəriyyət hallarda təbabətin qızıl standartları tərəfindən tanınan mövcud metodların faizlərinə uyğundur.

"Bizim metodun üstünlükləri, - o, izah edib, - bundadır ki, biz şişin xarakteristikasının daha keyfiyyətli təsvirini veririk, bu da şişin parametrlərinə uyğun olaraq xəstələrə fərdi müalicəni seçməyə və bu zaman məsrəflərə qənaət etməyə imkan verir. Hazırda genetik sekvenləşmə bir neçə yüz dollardır, amma bizim metodun tətbiq edilməsi bir neçə şekelə (bir şekel təxminən 29 sentə bərabərdir- red.) başa gələcək, çünki laboratoriyaya ehtiyac qalmayacaq".

Lakin yaxın illərdə yeni metodun tətbiqini gözləməyə dəyməz. Şirkət hələ FDA- ya və Avropa tənzimləyicilərinə sertifikatlaşma barədə xahiş göndərməyib. Amma bunu yaxın zamanlarda etmək niyyətindədir. Hazırda şirkət öz metodikasının işlənib hazırlanmasını davam etdirmək üçün vəsaitlər toplayır.(Moderator.az)



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər