Saytımızı qiymətləndirin


 
 

Zelenski Baydenin Kiyevə səfər etməli olduğunu bildirib
Tarix: 08-05-2022 | Saat: 07:04
Bölmə:Karusel / Region | çapa göndər

ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski

 

“ABŞ Prezidenti Co Bayden Kiyevə səfər etməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, bu, çox vacibdir. Düşünürəm ki, bu, mühüm siqnal olardı”, - Zelenski bildirib.

O, iddia edir ki, Bayden Ukraynada ən böyük demokratik sivilizasiyanın lideri kimi qəbul edilir.

Bundan əvvəl Dövlət Departamenti və Pentaqon Zelenskinin departament rəhbərlərinin Ukraynaya səfəri ilə bağlı sözlərini şərh etməkdən imtina ediblər.

Bir müddət əvvəl Zelenski “CNN“ə müsahibəsində Baydenin Ukraynaya səfər etməli olduğuna əmin olduğunu bildirib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “CBS” televiziyasına müsahibəsində vurğulayıb ki, Ukrayna rəhbərliyi Amerika liderini Kiyevdə görməkdən şad olardı.

ABŞ prezidenti Co Baydenin özü də dəfələrlə bəyan edib ki, Ukrayna paytaxtına səfər edib-etməyəcəyini bilmir.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər
11-05-2022, 12:54 Sabahın hava proqnozu