Tarix: 07-05-2022 | Saat: 08:56
Bölmə:Karusel / Dünya | çapa göndər
İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşən evlərdən birində ötən gün baş verən partlayış nəticəsində yaralananların sayı artıb.
Qarabaginfo.az xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı 19 nəfər yaralanıb, daha 1 nəfər həlak olub.
Bina və ətraf əraziyə ziyan vuran partlayışdan qısa müddət sonra hadisə yerinə çoxlu sayda təcili yardım, yanğınsöndürən və mülki yardım maşınları göndərilib.
Partlayış yerinə gələn Madrid meri Xose Luis Martinez Almeyda mətbuata verdiyi açıqlamada hadisə zamanı 19 nəfərin yaralandığını, itkin düşən bəzi sakinlərin axtarıldığını bildirib. O, qeyd edib ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Partlayışın təsiri ilə binadakı pəncərənin şüşələrinin qırıntılarının 12 metr aralıda tapıldığını vurğulayan Almeyda hadisənin səbəbinin geniş şəkildə araşdırıldığını deyib və binada təmir işləri aparıldığını bildirib.
Polis mənbələri binada 2 nəfərin təmir işləri aparması barədə məlumat yayıb.
Hadisə şahidləri partlayışdan əvvəl ətrafdan qaz qoxusu gəldiyini deyiblər. Rəsmilər qeyd ediblər ki, partlayışa qaz sızması səbəb olub.
Polis partlayışın baş verdiyi binanın ətrafında təhlükəsizlik tədbiri görüb, hadisə yeri ilə üzbəüz məktəb təxliyə edilib.(Report)
Digər xəbərlər