“Bu halda Paşinyan doğrudan da devriləcək...”-Politoloq
Tarix: 05-05-2022 | Saat: 17:18
Bölmə:Karusel / Region | çapa göndər
1273 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2022 | Saat: 17:18
Bölmə:Karusel / Region | çapa göndər

“Burada eyni zamanda İran faktorunu da unutmaq olmaz. Çünki “Sepah”ın hərbi qolu olan bir qrup general...”
“Əslində Ermənistanda Paşinyan hakimiyyətinə qarşı son kütləvi etiraz aksiyaları birbaşa Qarabağ klanının işi deyil, bu, Rusiya hərbi elitası və kəşfiyyatının əməlidir. Çünki onlar Ukraynadakı uğursuzluqlarını bir növ sığortalamağa çalışırlar. Eyni zamanda Qafqazın Kremlin nəzarətindən çıxmasından qorxurlar. Yəni Ukraynada müharibə apardıqları bir vaxtda Qafqazı uduza bilərlər. Moskva strateqləri, son 300 ildə olduğu kimi, yenə də erməni variantından istifadə edirlər”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında Ermənistanda əsasən Qarabağ klanının qüvvələri tərəfindən Paşinyan hakimiyyətinə qarşı son revanşist və irqçi şüarlarla müşayiət olunan kütləvi etiraz aksiyalarını şərh edərkən ifadə edib.
“Ermənistan müxalifətinin etiraz aksiyalarının əsas məqsədi isə Ermənistanı Qarabağ məsələsində tutduğu mövqedən döndərməkdir ki, bu da Rusiya hakimiyyətinin maraqlarına xidmət edir... Amma burada eyni zamanda İran faktorunu da unutmaq olmaz. Çünki “Sepah”ın hərbi qolu olan bir qrup general Qarabağın əksər hissəsinin, xüsusən İranla həmsərhəd zolağın erməni işğalından azad olunmasından sonra bərk narahatlıq keçirirlər. Çünki onların həm narkotrafikinin qarşısı alınıb və öz narkotiklərini sata bilmirlər. Həmçinin İran generallarını Turanın yaranma reallığı da qorxudur. Bu baxımdan da İrəvandakı son hadisələrə təsadüfi baxmaq olmaz” – açıqlamasının davamında bunları söyləyən şərhçi Paşinyanın hansı halda devriləcəyini də ehtimal edib.
“Burada ABŞ və Rusiyanın Ermənistanda toqquşan siyasi maraqlarından da bəhs etmək gərəkdir. Və Paşinyan da Amerikanın Ermənistan üçün bir növ “hədiyyə”sidir. Bu səbəbdən də Ağ Ev çalışacaq ki, həmin “hədiyyə”ni qoruyub saxlasın. Rusiyada da müəyyən qüvvələr Paşinyanın hakimiyyətdən getməsini istəyir. Amma bu etiraz aksiyaları qanla müşayiət olunsa, bu halda Paşinyan doğrudan da devriləcək. Hələki o, müəyyən məsələlərə dözümlü yanaşır” –deyə politoloq bildirib.
Xəbəri paylaş
Digər xəbərlər
31-12-2021, 13:49
Bu gecə Metropolitenin iş vaxtı bir saat uzadılacaq
22-02-2021, 11:36
Özünü 20-ci mərtəbədən atan Sevil həmin binaya belə çıxıb – Video
4-03-2025, 10:53
Nardaran adı yol nişanlarından niyə götürüldü?- AYNA
28-08-2024, 11:57
Rusiyada pravoslav kilsəsinə və təhlükəsizlik qüvvələrinə hücumların qarşısı alınıb
8-04-2022, 10:50
Milli Məclis bu gün Şuşada iclas keçirəcək
25-06-2025, 17:23
NATO Baş katibi: Ukraynaya hərbi yardım ilin sonuna kimi 50 milyard dolları keçəcək
21-07-2025, 17:07
Rusiya siyahı yaydı: 5 ölkə ön sırada – Azərbaycan da var
22-12-2018, 11:11
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib
8-02-2022, 10:17
Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb
30-11-2023, 17:04
Lavrov erməni həmkarına irad tutub








" style="width: 670px; height: 340px;">








