Ana Sayfa > Karusel / Region > “Bu halda Paşinyan doğrudan da devriləcək...”-Politoloq

“Bu halda Paşinyan doğrudan da devriləcək...”-Politoloq


5-05-2022, 17:18. Yazar: Admin
“Bu halda Paşinyan doğrudan da devriləcək...”-Politoloq
“Burada eyni zamanda İran faktorunu da unutmaq olmaz. Çünki “Sepah”ın hərbi qolu olan bir qrup general...”
 
“Əslində Ermənistanda Paşinyan hakimiyyətinə qarşı son kütləvi etiraz aksiyaları birbaşa Qarabağ klanının işi deyil, bu, Rusiya hərbi elitası və kəşfiyyatının əməlidir. Çünki onlar Ukraynadakı uğursuzluqlarını bir növ sığortalamağa çalışırlar. Eyni zamanda Qafqazın Kremlin nəzarətindən çıxmasından qorxurlar. Yəni Ukraynada müharibə apardıqları bir vaxtda Qafqazı uduza bilərlər. Moskva strateqləri, son 300 ildə olduğu kimi, yenə də erməni  variantından istifadə edirlər”.
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında Ermənistanda əsasən Qarabağ klanının qüvvələri tərəfindən Paşinyan hakimiyyətinə qarşı son revanşist və irqçi şüarlarla müşayiət olunan kütləvi etiraz aksiyalarını şərh edərkən ifadə edib.
 
“Ermənistan müxalifətinin etiraz aksiyalarının əsas məqsədi isə Ermənistanı Qarabağ məsələsində  tutduğu mövqedən döndərməkdir ki, bu da Rusiya hakimiyyətinin maraqlarına xidmət edir... Amma burada eyni zamanda İran faktorunu da unutmaq olmaz. Çünki “Sepah”ın hərbi qolu olan bir qrup general Qarabağın əksər hissəsinin, xüsusən İranla həmsərhəd zolağın erməni işğalından azad olunmasından sonra bərk narahatlıq keçirirlər. Çünki onların həm narkotrafikinin qarşısı alınıb və öz narkotiklərini sata bilmirlər. Həmçinin İran generallarını Turanın yaranma reallığı da qorxudur. Bu baxımdan da İrəvandakı son hadisələrə təsadüfi baxmaq olmaz” – açıqlamasının davamında bunları söyləyən şərhçi Paşinyanın hansı halda devriləcəyini də ehtimal edib. 
 
“Burada ABŞ və Rusiyanın Ermənistanda toqquşan siyasi maraqlarından da bəhs etmək gərəkdir. Və Paşinyan da Amerikanın Ermənistan üçün bir növ “hədiyyə”sidir. Bu səbəbdən də Ağ Ev çalışacaq ki, həmin “hədiyyə”ni qoruyub saxlasın. Rusiyada da müəyyən qüvvələr Paşinyanın hakimiyyətdən getməsini istəyir. Amma bu etiraz aksiyaları qanla müşayiət olunsa, bu halda Paşinyan doğrudan da devriləcək. Hələki o, müəyyən məsələlərə dözümlü yanaşır” –deyə politoloq bildirib.  

Geri dön