Saytımızı qiymətləndirin


 
 

Bakıda yoqin Sadhqurunun "Save soil" missiyası üzrə növbəti görüşü baş tutub
Tarix: 01-05-2022 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda yoqin Sadhqurunun "Save soil" missiyası üzrə növbəti görüşü baş tutub - FOTO

Dünyaca məşhur yoqin Sadhqurunun (Caqqi Vasudev) "Save soil - Torpağı qoruyaq" missiyası üzrə növbəti görüşü "JW Marriot Abşeron"da baş tutub.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə hökumət və səfirlik nümayəndələri iştirak edib.

Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna tədbiri giriş sözü ilə açaraq məşhur yoqinin sözügedən təşəbbüsündən və onun faydasından danışıb.

Daha sonra mühazirə üçün səhnəyə dəvət alan Sadhquru nitqinə mantra oxumaqla başlayıb. Ardından özünün təşəbbüslə çıxış etdiyi "Save soil" missiyasından danışıb. Sadhquru torpaqda üzvü materialların getdikcə azalmasını və bunun nəticəsində qida böhranı, su çatışmazlığı, iqlim dəyişikliyi və bir sıra bioloji problemlərin yaranmasını ciddi təhlükə adlandırıb. Bu səbəbdən, o, planeti yox olmaq təhlükəsindən xilas etmək üçün ötən ay torpağın qorunması uğrunda qlobal bir kampaniyaya start verib. Bu məqsədlə 100 günlük dünya səyahətinə başlayan yoqin bu səyahətləri motosikletlə həyata keçirir. Artıq London, Praqa, Vyana, Lyüblyana, Roma, Paris, Brüssel, İstanbul, Tbilisi kimi şəhərlərdə görüşlər keçirmiş Sandquru bir neçə gündür ki, Bakıdadır və silsilə görüşlər keçirir.

Qeyd edək ki, yoqinin may ayında Birləşmiş Millətlər Təşkilatının səhralaşma ilə mübarizə konvensiyasına (UNCCD COP15) üzv ölkələrin konfransının 15-ci sessiyasında və Davosda Dünya İqtisadi Forumunda dünya liderləri ilə görüşdə də çıxış edəcəyi gözlənilir.  (apa.az)



Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər