Saytımızı qiymətləndirin


 
 

Milli Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq etdi: mitinqə qoşulmayın!
Tarix: 30-04-2022 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Milli Təhlükəsizlik Xidməti müxalifətin baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mayın 1-də keçirmək istədiyi mitinqlə bağlı vətəndaşlarına müraciət edib.

Qarabaqinfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib və onları qanuna riayət etməyə çağırıb.

Milli Təhlükəsizlik Xidmətinin müraciətində qeyd olunur ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və həyata keçirilməsi ilə bağlı real təhlükələr mövcuddur. Ona görə də qurum mümkün təxribatlara uymamağa, yüksək vətəndaş məsuliyyəti nümayiş etdirməyə, kin, düşmənçiliyin yayılmasından çəkinməyə çağırıb.
Qeyd edilib ki, bəyanatlarda zorakılığa çağırış ölkənin daxili təhlükəsizliyinin pozulması və ya başqa cinayət əməllərinin törədilməsi üçün real zəmin yarada bilər.


"Milli Təhlükəsizlik Xidməti ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin və vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsi, Ermənistan Respublikasının daxili təhlükəsizliyinin pozulmasına yönəlmiş istənilən hərəkətləri neytrallaşdırmaq üçün qanunla nəzərdə tutulmuş təsirli tədbirlər görəcək", - müraciətdə deyilir.


Həmçinin bildirilir ki, Milli Təhlükəsizlik Xidməti əməliyyat şəraitinə tam nəzarət edir və dövlət təhlükəsizliyinə qarşı cinayətlərin qarşısının alınması üçün ardıcıl mübarizə aparacaq.

Dövlət Xidməti cəmiyyətin geniş təbəqələrini qanuna tabe olan davranış nümayiş etdirməyə və dar şəxsi və ya siyasi motivlərdən irəli gələn təxribatçı elanlara uymamağa çağırıb.


Xatırladaq ki, müxalifət mayın 1-də saat 16:00-da İrəvandakı Fransa meydanında özünün ən böyük mitinqini keçirəcəyini bəyan edib. Plana görə, Ermənistanın digər bölgələrindən yürüşlə paytaxta tərəf gələn 4 qrup da müxalifətə qoşulacaq.



Xəbəri paylaş

1201 dəfə oxunub.

Digər xəbərlər
23-03-2022, 18:55 Rubl bahalaşdı