Saytımızı qiymətləndirin


 
 

Prezident: “Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş təbliğata son qoyulmalıdır”
Tarix: 30-04-2022 | Saat: 04:04
Bölmə:Karusel / Region | çapa göndər

 

Prezident İlham Əliyev

“Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq”.

Qarabaginfo.azxəbər verir ki, bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

“Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var və onların bu mənada heç vaxt heç bir problemi olmamışdır. Lakin bunun üçün Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş təbliğata son qoyulmalıdır. Azərbaycanlıları iblisləşdirmək, bizim haqqımızda mifologiyalar yaratmaq sülh işinə xidmət etməyəcək”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev bildirib ki, müharibədən sonra baş verənlər onu göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur.

“Biz sülh, ərazi bütövlüyümüzün tanınmasını istəyirik və Azərbaycanda yaşayış standartları Ermənistandakından qat-qat yüksəkdir. Mən heç Qarabağda rus sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi əraziləri demirəm. Buna görə düşünürəm ki, onlar özləri bunu dərk edəcəklər. Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyyətimizi göstərir”, - deyə Prezident bildirib.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər