Saytımızı qiymətləndirin


 
 

Zəngəzur sakinləri Ermənistan ordusuna inanmır
Tarix: 06-08-2021 | Saat: 17:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zəngəzur sakinləri Ermənistan ordusuna inanmır

 

Azərbaycanın 44 günlük müharibədəki zəfərindən sonra Ermənistan rəhbərliyi, hərbçilər və əhali çaşqınlıq içindədir. 

Qarabaginfo.az xəbər verir ki, bunu BBC Azərbaycanın Zəngəzur sakinlərindən hazırladığı reportajda da açıq görmək mümkündür. Kənd sakinləri Ermənistan rəhbərliyindən narazılıqlarını dilə gətirirlər: “Yiyəsiz ölkədir, ona görə azərbaycanlılar gəlib çatıblar dağın başına. İnsanlar da çaşıb, bilmir neyləsin. Bu ölkənin rəhbəri varsa, niyə qoyurlar? Bu nə gündür biz çəkirik?” 

Onlar çarəsiz vəziyyətdə olduqlarını, köməksiz qaldıqlarını qeyd edirlər. Zəngəzur sakinləri dövlətə və orduya inanmadıqların vurğulayırlar. Bölgədəki Qaragölə demək olar ki, Azərbaycan ordusunun nəzarət etdiyi vurğulanır. 

Azərbaycan ordusu isə öz torpağındadır, illər boyu ermənilərin nəzarət etdiyi əraziləri indi öz nəzarətinə götürüb. Tarixən Qaragöl gölü Azərbaycana məxsusdur. Azərbaycan Milli Elmlər Akademiyasının nəşrlərində və o cümlədən xəritələr toplumu şəklində hazırlanmış atlaslarda da bu fakt öz əksini tapıb.

 

 

 



Xəbəri paylaş

297 dəfə oxunub.

Digər xəbərlər