Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Azərbaycan-Ermənistan nizamlanmasına dair formatlardan biri konkret nəticələr verir
Tarix: 28-04-2022 | Saat: 15:21
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya Xarici İşlər Nazirliyi, Rusiya XİN

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair müxtəlif formatlar mövcuddur. Biz görürük ki, formatlardan biri konkret nəticələr verir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həm Bakı, həm də İrəvanı qane edən konstruktiv nəticələr verən formata Rusiya daha çox diqqət ayırır: “Buna uyğun olaraq, əgər format Bakı və İrəvanı qane edirsə, o zaman bizi də qane etmiş olur. İkinci format da mövcuddur. Bu formatın tarixi var. Biz də həmin formatda təmsil olunuruq. Lakin bu format (ATƏT-in Minsk Qrupunun həmsədrləri formatı-red) indiki mərhələrə heç bir səmərəlilik gətirmir. Bununla belə, əsas diqqəti həqiqətən səmərəli xəttə yönəldirik”.

Zaxarova, ölkəsinin müxtəlif danışıqlar formatının tərəfdarı olduğunu vurğulayıb: “Lakin əgər həqiqətən də konkret nəticələr varsa, hansı ki, bunu hamı görür, o zaman niyə həmin nəticəyə fokuslanmayaq?”



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır