Tarix: 28-04-2022 | Saat: 14:06
Bölmə:Karusel / Region | çapa göndər
Almaniya Bundestaqı hökuməti ağır silahların tədarükünün artırılması daxil olmaqla, Ukraynaya hərtərəfli dəstək verməyə çağıran bəyanat qəbul edib.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Bundestaqın vitse-spikeri Volfqanq Kubiçki məlumat yayıb.
Volfqanq Kubiçki bildirib ki, bəyanatın qəbul edilməsi üçün keçirilən səsvermədə 693 deputat iştirak edib, onlardan 586-sı lehinə, 100 nəfər əleyhinə səs verib, 7-si isə bitərəf qalıb.
Bəyanatla Bundestaq hökumətdən Ukraynada atəşkəsə nail olmaq üçün bütün səyləri dəstəkləməyi tələb edir, eyni zamanda "ukraynalılardan yan keçməklə heç bir danışıqlar aparılmayacağına" zəmanət verir. Qeyd olunub ki, hökumət ABŞ, Kanada, NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə birlikdə Rusiya və Ukrayna arasında mümkün gələcək razılaşmanı dəstəkləməyə hazır olmalıdır.
Qeyd edək ki, Almaniyanın Ukraynaya tam dəstək nümayiş etdirməməsi Kiyevin narazılığına səbəb olmuşdu.
Digər xəbərlər